BAKI, 2 yanvar. TELEQRAF
İsveçrənin Krans-Montana kurortunda bir barda baş verən yanğında xəsarət alan 115 nəfərdən azı 80-nin vəziyyəti ağırdır.
Teleqraf xəbər verir ki, bu barədə Vale Kantonu hökumətinin sədri Matias Reynard bildirib.
Onun sözlərinə görə, bu rəqəm Valais Kantonal Xilasetmə Təşkilatının himayəsində olan şəxslərə aiddir:
"Lakin, vəziyyəti ağır olan və başqa vasitələrlə təcili yardım şöbələrinə çatdırılan digər qurbanların da vəziyyətindən xəbərdarıq".
Qeyd edək ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzində yerləşən məşhur Kans-Montana xizək kurortunda yerləşən Le Constellation barında yanğın baş verib. Polis təxminən 40 nəfərin öldüyünü təsdiqləyib və təxminən 115 nəfərin yaralandığını bildirib. Baş verən hadisənin terror olmadığı irəli sürülüb. Müxtəlif məlumatlara görə, yanğına bayram şamları və ya fişənglər səbəb olub.