Türkiyə millisinin üzvü Yusuf Yazıcı qış transfer “pəncərəsi”ndə “Olimpiakos”dan ayrıla bilər.
Msport.az xəbər verir ki, Yunanıstan klubu 28 yaşlı futbolçunun adını Çempionlar Liqasının iştirak ərizəsinə salmayıb.
Bundan olduqca məyus olan Yusuf özünə yeni komanda axtarır. Yarımmüdafiəçi yenidən karyerasını Fransa Liqa-1-də davam etdirə bilər.
Yusuf bu mövsüm “Olimpiakos”da 15 oyunda 5 qol vurub və 6 məhsuldar ötümə verib.
Qeyd edək ki, o, ötən mövsüm “Lill”lə müqaviləsi başa çatdıqdan sonra Yunanıstana yollanmışdı.