AZ

İsveçrə Prezidenti: Bu, görünməmiş, dəhşətli miqyaslı faciədir

ain.az bildirir, Ayna portalına istinadən.

“Krans-Montanadakı yanğın ölkə tarixinin ən dəhşətli faciələrindən biridir”

İsveçrə Prezidenti Qay Parmelin Krans-Montana kurortundakı yanğını ölkə tarixinin ən dəhşətli faciələrindən biri adlandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident mətbuat konfransında deyib.

Prezident vurğulayıb ki, "Dünən gecə Krans-Montanadakı barda baş verən yanğın ölkəmizin indiyə qədər gördüyü ən dəhşətli faciələrdən biridir".

O həmçinin hadisəni "görünməmiş, dəhşətli miqyaslı faciə" adlandırıb. Parmel Fransa və İtaliya da daxil olmaqla qonşu ölkələrin liderləri ilə danışıqlar apardığını bildirib. Prezident qurbanlar arasında xarici vətəndaşların da ola biləcəyi ehtimalını istisna etməyib.

Qeyd edək ki, dünən İsveçrədəki Krans-Montana xizək kurortundakı “Le Constellation” barında yanğın baş verib. Polisin məlumatına görə, 40 nəfər ölüb, təxminən 100 nəfər xəsarət alıb. Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
ayna.az

1Mənbələr