"Sənəddə həmçinin vurğulanır ki, ölkəyə 2025-ci ilin aprel ayından etibarən gələn bütün köçkünlərin, o cümlədən Ukrayna vətəndaşlarının varidatı onların Almaniyada qalma xərclərini ödəmək üçün məqsədilə işlədilməlidir".
Partiya habelə azgəlirli miqrantların,xüsusən Rumıniya və Bolqarıstandan gələnlərinAlmaniyada sosial təminat xidmətlərindən faydalanmalarının əleyhinədir. Nümayəndələrin fikrincə, köçkünlərin sosial təminat sisteminə qəbulunun qarşısını almaqdan ötrü lazımi plan hazırlanmalıdır.

(Almaniya Xristian Sosial İttifaqı (CSU) Partiyasının "Bundestaq" (parlament) qrupunun lideri Aleksandr Hofman)
Hazırda Avropa İttifaqına üzv ölkələrin vətəndaşları ittifaq daxilində hərəkət azadlığına malikdirlər. Bu hüquq hətta həftə ərzində minimum 5,5 saat işləyənlərə də aiddir. CSU-nun "Bundestaq" (parlament) qrupunun lideri Aleksandr Hofmanın sözlərinə görə, həftədə belə az, yənibir neçə saat işləyənlərə sözügedən hərəkət azadlığı verilməməlidir:
"Almaniyayamiqrant axınıyoxsulluqla mübarizə kampaniyasına çevrilməməlidir".
Məlumat üçün diqqətə çatdıraq ki,Almaniyada ukraynalı qaçqınların sayı 1,26 milyona çatıb. Onlardan təqribən 550 min nəfəri kişilərdir.Noyabrın 19-da hökumət ölkəyə1 aprel 2025-ci il tarixindən etibarən gələn ukraynalılar üçün xüsusi vətəndaşlıq imtiyazlarını aradan qaldırıb.Beləliklə, Almaniyada ukraynalılar başqa ölkələrin miqrantları ilə bərabər hüquqda sayılacaq, daha az müavinət alacaqlar.
Firudin Həmidli
AzVision.az