AZ

"ABŞ istəsə, biz hazırıq" - Maduro

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la narkotik qaçaqmalçılığına qarşı mübarizə məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, Maduro bu sahədə effektiv mübarizənin yalnız faktlara əsaslanan və praqmatik yanaşma ilə mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqton Venesuelanın mövqeyindən xəbərdardır:

“ABŞ hökuməti bunu bilir, çünki biz onların bir çox nümayəndəsinə demişik ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə razılaşmanı ciddi şəkildə müzakirə etmək istəsələr, biz buna hazırıq”, - deyə Maduro vurğulayıb.

O, eyni zamanda Venesuelanın ABŞ investisiyalarına açıq olduğunu və Amerika bazarının ehtiyacları üçün neft tədarükünü təmin etməyə hazır olduğunu da qeyd edib.

Seçilən
61
1
publika.az

5Mənbələr