AZ

Türkiyədə İŞİD əməliyyatı: 26 nəfər həbs edildi

Türkiyənin Yalova vilayətində polis məmurlarının həlak olduğu qarşıdurmadan sonra, bölgədə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində saxlanılan 42 şübhəlidən 26-sı həbs olunub.

Digər 16 şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Xatırladaq ki, bazar ertəsi günü Yalovada polis altı İŞİD yaraqlısını öldürüb. Toqquşmada üç polis əməkdaşı həlak olub, səkkiz nəfər yaralanıb. Antiterror əməliyyatı təxminən səkkiz saat davam edib və beş şübhəli saxlanılıb.

Seçilən
48
9
publika.az

10Mənbələr