AZ

Qarlı hava yollarda hərəkəti çətinləşdirir

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:

"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar".

Seçilən
32
9
publika.az

10Mənbələr