AZ

Qarlı hava səbəbindən Bakı-Şamaxı və Muğanlı-İsmayıllı yollarında təhlükəsizlik tədbirləri gücləndirildi

Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Far.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

Seçilən
34
far.az

1Mənbələr