Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) kişilər arasında beynəlxalq matçlarda 2025-ci ilin ən çox qol vuran oyunçusunun adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu nominasiyada Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland birinci olub.
Haaland 2025-ci ili 29 qolla başa vurub. Onun qollarından 12-si “Mançester Siti”nin, 17-si isə Norveç millisinin heyətində qeydə alınıb. Bu göstərici futbol tarixində yalnız Kriştiano Ronaldonun 2017-ci ildə müəyyən etdiyi 32 qolluq rekorddan geri qalır və ikinci ən yüksək illik nəticə hesab olunur.
Qeyd edək ki, 2025-ci ilin yekun "üçlüy"ü də tarixə düşüb. Belə ki, podium bütün dövrlərin ən məhsuldar beynəlxalq qolçularından ibarət olub. İngiltərə millisinin hücumçusu Harri Keyn 23 qolla ikinci yeri tutub. Bu nəticə 2013-cü ildə Maldiv millisinin üzvü Əli Aşfaqın göstərdiyi göstərici ilə eynidir. Həmin il Aşfaq 25 qol vuran Kriştiano Ronaldodan sonra ikinci olmuşdu.