AZ

Məhkumun gizlətdiyi "Kalaşnikov" qəbiristanlıqda aşkarlandı - BİRGƏ ƏMƏLİYYAT


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat keçiriblər.

Ədliyyə Nazirliyindən bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

ZÜMRÜD

Seçilən
53
28
baki-xeber.com

10Mənbələr