AZ

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya silahlı güvələri yanvarın 2-nə keçən gecə Ukraynanın Zaporojye vilayətinə kütləvi hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna KİV-i Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri İvan Fedorovun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, gecə ərzində kütləvi Pilotsuz Uçuş Aparatları ilə hücumlar edilib.

İ.Fedorov qeyd edib ki, zərbələr yaşayış evlərinə, ticarət obyektlərinə və infrastruktura ziyan vurub.

"Səhər onlarla ev və kommersiya obyektinin zədələndiyi qeydə alınıb", - İ.Fedorov deyib.

Ukrayna silahlı qüvvələrinin məlumatına görə, Rusiya qoşunları sutka ərzində Ukrayna ərazisini vurmaq üçün 116 "Shahed" tipli dron tətbiq edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
5
cebheinfo.az

6Mənbələr