AZ

Putinin iqamətgahına hücum: Moskva görüntüləri yaydı

Rusiya Müdafiə Nazirliyi Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına gedərkən Ukraynaya məxsus pilotsuz təyyarənin fraqmentlərinin araşdırılması zamanı əldə edilən məlumatların ABŞ-a ötürülməsinin görüntülərini yayımlayıb.

Publika.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov materialları Moskvadakı ABŞ səfirliyinin nümayəndəsinə təhvil verib.

“Bu hücumu həyata keçirən PUA-ların fraqmentlərini tapdıq. Bəzi pilotsuz təyyarələrin naviqasiya sistemləri yaxşı qorunub saxlanılıb. Onlar texniki cəhətdən işlək vəziyyətdədirlər”, - deyə Kostyukov vurğulayıb.

Onun sözlərinə görə, hücumun hədəfinin həqiqətən də Rusiya liderinin iqamətgahının yerləşdiyi binalar kompleksi olduğu təsdiqlənib.

Kostyukov həmçinin materialların Vaşinqtona ötürülməsinin bütün sualları aradan qaldıracağına və həqiqətin üzə çıxmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
46
2
publika.az

3Mənbələr