AZ

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür.

Publika.az xəbər verir ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub.

Onun ailəsi 1975-ci ildə Mingəçevirə köçüb və o, burada səkkizillik məktəbi bitirərək, qaynaqçı ixtisası üzrə peşə məktəbinə daxil olub.

1991-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və könüllü cəbhəyə yollanıb.

Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün təkbaşı vuruşması ilə məşhurlaşıb. Belə ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb.

Seçilən
28
2
publika.az

10Mənbələr