Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədədsiqaret və siqar istehsal edilib.
Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 15,3% çoxdur.
Dekabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,016 milyard ədədtəşkil edib.
Bundan başqa, 2025-ci ilin ilk 11 ayında Azərbaycanda 1786,1 tontütün istehsal edilib ki, bu da illik müqayisədə 56,6% azdır. Ötənilin dekabrın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 486,9tona bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandapərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıqiçkilər və tütün məmulatları satılıb. Bu göstərici 2024-cü ilineyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisiyekunda 4,1% təşkil edib.