AZ

Yüzlərlə avtomobil Rusiya-Gürcüstan sərhəddində iqalıb

BAKI, 2 yanvar. TELEQRAF

Qar fırtınası səbəbindən yüzlərlə avtomobili Rusiya-Gürcüstan sərhəddində qalıb.

Teleqraf xəbər verir kı, bu barədə "Teleqram" kanallarında qeyd edilib:

"Yuxarı Lars və Krestovı aşırımı yolları bütün nəqliyyat vasitələri üçün bağlıdır. Ərazidə qartəmizləyən maşınlar dayanmadan işləyir. Tıxacda qalanlar arasında ruslar, o cümlədən uşaqlı ailələr də var".

Bəzi turistlər hotel bronlaşdırdıqlarını və pul itirdiklərini bildiriblər. Sərhədin açılma tarixi açıqlanmayıb.

Bundan əvvəl Krasnodar diyarında minlərlə rusiyalının Yeni ili qatarlarda qeyd etdiyi bildirilirdi.

Seçilən
110
3
teleqraf.com

3Mənbələr