AZ

Ərdoğan Trampla danışacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olacaq.

Publika.az xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O, Qəzza məsələsi ilə bağlı digər ölkələrin liderləri ilə daim əlaqədə olduğunu bildirib.

"Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə görüşlərim davam edir. Bazar ertəsi günü Türkiyə vaxtı ilə saat 16:00 radələrində ABŞ prezidenti Donald Trampla da telefon danışığımız olacaq. Onunla Rusiya-Ukrayna münasibətləri və İsrail məsələsi də daxil olmaqla, müxtəlif məsələləri müzakirə etmək imkanımız olacaq”, - deyə Ərdoğan bildirib.

Seçilən
34
4
publika.az

7Mənbələr