Son zamanlar bəzi banklarda faizdən də faiz tutulur. Belə ki, borc götürənlər müəyyən maliyyə çatışmazlığı səbəbindən borc öhdəliyini yerinə yetirə bilmir. Bu halda faiz borcu yaranır. Faiz borcuna əlavə faizin hesablanması, borc miqdarının artmasına və ödəmənin daha da çətinləşməsinə gətirib çıxarır.
“Kredit müqaviləsində qeyd olunmayıbsa...”
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ümumiyyətlə bankın gecikməyə görə yaranmış faiz borcunun özünə yenidən faiz hesablaması qanuni sayılmır: