“Milan” Niklas Füllkruqun transferini açıqlayıb. Msport.az xəbər verir ki, bu barədə klubun rəssmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu Hannoverdə anadan olub. O, Almaniyada “Qroyter Früt”, “Nürnberq”, “Hannover”, “Verder” klublarında çıxış edib.
Təcrübəli forvard 2023-cü ilin yayında “Borussiya”ya (Dortmund) keçib.
Füllkruq son olaraq “Vest Hem”in formasını geyinib.
O, “Milan”da 9 nömrəli formada oynayacaq.