"Latsio"nun 27 yaşlı hücumçusu Valentin Kastelyanos karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə argentinalı forvardın "Vest Hem"ə keçəcəyini vurğulayıb. Məlumata görə, bu transfer "çəkicdöyənlər"ə 29 milyon avroya başa gələcək. Kastelyanosun uzunmüddətli müqaviləyə imza atacağı da diqqətə çatdırılıb.
Sözügedən oyunçu bu mövsüm "Latsio"nun heyətində A Seriyasında 11 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat