ain.az bildirir, Bizimyol portalına istinadən.
Araşdırmalara görə, daim şikayətlənmək və ya başqalarının şikayətlərini uzun müddət dinləmək təkcə psixoloji vəziyyətə deyil, həm də beyin fəaliyyətinə ciddi təsir göstərir. Stanford Universitetində aparılan tədqiqatlar göstərir ki, bu vərdişlər yaddaşa və problemlərin həllinə cavabdeh olan hipokampusun kiçilməsinə səbəb ola bilər. Şikayət etmək və neqativ emosiyaların davamlı paylaşılması stress hormonlarını artıraraq beyində neyron itkisinə, konsentrasiya çətinliklərinə və emosional tükənməyə yol aça bilər.Tez-tez şikayət etmək insanın emosional və psixoloji vəziyyətinə necə təsir göstərir?
Məsələ ilə bağlı Bizimyo.info xəbər portalına uzman psixiatr Azər Bağırov bildirib ki, şikayətlərə reaksiya verilməməsi, problemlərin həll olunmaması inamı zəiflədir: “Şikayət edən insanların problem həll etmə bacarıqları zəif olduğu üçün onlar daha çox günahkar axtarmağa meylli olurlar. Yəni bir problem yarandıqda, bəzi insanlar problemin səbəblərini analiz edib həll yolu axtarmağa çalışır, digərləri isə günahkar tapmağa yönəlir. Bu is produktiv bir yanaşma deyil və nəticədə həm həmin insanlarda, həm də ətrafdakılarda stress yaradır”.
Azər Bağırov
“Şikayətlənmə insanda "öyrənilmiş çarəsizlik" hissi yaradır. Belə düşüncə forması - yəni "heç nə dəyişməyəcək", "heç bir problem həll olunmayacaq" kimi yanaşmalar - insanın özündə də, ətrafında da motivasiya əksikliyinə səbəb olur. Bu zaman insanlar hərəkətə keçmək əvəzinə qəzəb, ümidsizlik və laqeydlik hissi yaşamağa başlayır.
Nəticədə belə bir düşüncə tərzi cəmiyyətə də sirayət edə bilər. Şikayətlərə reaksiya verilməməsi, problemlərin həll olunmaması inamı zəiflədir və passiv ictimai ruh yaradır. Beləliklə, fərdi düşüncə formaları tədricən cəmiyyətin psixoloji durumunu da formalaşdıra bilər. Ona görə də bəzi düşüncə formaları cəmiyyətdəki psixologiyanı da formalaşdıra bilir. Hazırkı dövrdə bu cür düşüncə tərzinə yer yoxdur. İnsanlar çox zaman nə hüquq, nə də haqsızlıq anlayışlarını dəqiq bilmədən, hər vəziyyəti "haqları pozulub" kimi qiymətləndirərək şikayətlənirlər. Əsaslandırılmamış şikayətlər cəmiyyətdə ümidsizlik, laqeydlik hissi formalaşdıra bilər. Belə ki, davamlı və nəticəsiz şikayətlər sanki heç nəyin həlli yoxdur kimi bir düşüncə yaradır.
Əslində bu tip şikayətlərin arxasında real faktlar deyil, şəxsi narahatlıqlar, yanlış yanaşmalar və bəzən də tənbəllik durur. Şikayət edən insan öz məsuliyyətini başqasının üzərinə atır, problemlərinin onun yerinə həll olunmasını gözləyir. Bu isə reallıqda baş vermədiyi üçün həmin şəxslər daha da aqressivləşir və şikayətləri artır. Vaxt keçdikcə ətrafdakılar da bu davranışı sezirlər. Görürlər ki, şikayət var, amma problemin həlli üçün heç bir real addım atılmır. Bu da həmin insana qarşı aqressiya və etinasızlıq doğurur. Ona görə həmin insana qarşı bir aqressiya yaranır, yəni şikayət edən insanın özünə qarşı da bu vəziyyət aqressiya yarada bilir”-deyə Azər Bağırov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.