Brundi futbolunda faciə baş verib. Ölkə çempionatının 2-ci liqasında keçirilən oyun zamanı insan ölümü ilə bağlı hadisə yaşanıb.
[b][/b]
"Football-plus.az" xəbər verir ki, “Qepye Dyu Lak”ın futbolçusu Ayme Qerik yaşıl meydanda ölümcül vəziyyətə düşüb. Bu barədə “Sport News Africa”nın yaydığı məlumata görə, hadisəyə səbəb futbolçunun ağzındakı sikkə olub. O, oyun zamanı sikkəni ağzında saxlayıb və daha sonra udub. Qerik qəfildən yaşıl meydanda yıxılıb. Həkimlər müdaxilə etsələr də, oyunçu xəstəxanaya aparılarkən həyatını itirib.
Yerli mətbuatdakı xəbərlərə görə, bu sikkə cadugərlik ritualının bir hissəsidi və indiyədək Brundidə fəal şəkildə istifadə olunan təcrübədi. Onu da xatırladaq ki, Ayme bir müddət əvvəl cadugərlikdə ittiham olunsa da, bunu rədd etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta