AZ

BƏƏ-də öldürülən biznesmen və həyat yoldaşının meyiti Rusiyaya gətirildi

Birləşmiş Ərəb Əmirliklərində qətlə yetirilən “Durovun dostu" adlandırılan rusiyalı kripto biznesmeni Roman Novak və həyat yoldaşı Annanın meyitləri Sankt-Peterburqa çatdırılıb.

Publika.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, Dubayda yaşayan cütlük noyabr ayında itkin düşüb. Müstəntiqlərin sözlərinə görə, cütlük oktyabrın 2-də Hattada investorlarla görüşməli idilər. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, orada başqa bir maşına minib görüşə gediblər, sonra əlaqə kəsilib.

Seçilən
47
publika.az

1Mənbələr