AZ

Şamaxıda qarlı hava səbəbindən köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəŞamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolunqarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyacyaranması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətininmüvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic”markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb.Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla5 nəfərə müvafiq köməklik göstərilib", - FHN-dən bildirilib.

Məqalədə:
Seçilən
95
16
az.trend.az

10Mənbələr