Pakistanda avtobusla mikroavtobusun toqquşması nəticəsində 14 nəfər ölüb, 16-sı yaralanıb.
Publika.az Pakistan mətbuatına istinadən xəbər verir ki, Pəncab əyalətinin Toba Tek Sinqh bölgəsində universitet idmançılarını daşıyan avtobusla mikroavtobus toqquşub.
Hakimiyyət orqanları qəzanın hər iki nəqliyyat vasitəsinin yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verdiyini bildirib.
Məlumata görə, 9 nəfər hadisə yerində, 5 nəfər isə xəstəxanada ölüb.