525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yanvarın 1-i dünyada ən soyuq yer Rusiyada qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yakutiyadakı İema meteostansiyasında termometr -53,1 dərəcə göstərib.
Dünən Maqadandakı Elgen kəndində temperatur -52, Yakutiyanın Oymyakon şəhərində isə -50,1 imiş.
Dünyanın ən isti yeri isə Kamerunun Qarua şəhəri olub - 40,4 dərəcə. İkinci yerdə 39,8 dərəcə göstərici ilə Avstraliyanın Port-Hedlend şəhəri qərarlaşıb. Üçlüyü isə Toqodakı Manqo şəhəri qapayıb - 39,5 dərəcə.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.