AZ

Ukrayna Baş Kəşfiyyat İdarəsinə yeni rəhbər təyin edilib

BAKI, 2 yanvar. TELEQRAF

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşçenko Ukrayna Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İvaşçenko ilə görüşündən sonra "Telegram" -da bildirib.

Zelenski qeyd edib ki, bu gündən etibarən Oleq İvaşçenko dövlətimizə xidmət etməyə və Ukrayna hərbi kəşfiyyatının mövqelərində Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq vəzifələrini yerinə yetirməyə davam edəcək.

Seçilən
91
teleqraf.com

1Mənbələr