1994-cü ildən 2010-cu ilə qədər “Real Madrid”də oynamış Raul ən yaxşı futbolçu ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Raul bu barədə İspaniya mətbuatına danışıb.
“Zidan, Kriştiano Ronaldo, Fiqo kimi oyunçularla oynamaq şansım oldu… Amma düşünürəm ki, Messi ən yaxşısıdır. O, fərqlidir.
O, hər şeyi asan göstərir – qeyri-mümkün hesab etdiyiniz şeyi isə, sadəcə olaraq, küçədə dostları ilə oynayırmış kimi edir”.
Maraqlıdır ki, 2007-ci ildə Raul Messini Maradona ilə müqayisə etmişdi: “Messinin çox gənc olduğunu nəzərə alsaq, belə bir müqayisənin ədalətli olduğunu düşünmürəm. Onu hələ qarşıda çox şey gözləyir, amma onun böyük potensialı artıq göz qabağındadır.