AZ

"Qarabağ"ın futbolçusunu transfer etmək istəyən kluba FIFA-dan qadağa

FIFA Braziliyanın "Botafoqo" klubuna transfer qadağası tətbiq edib.

Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 3 transfer pəncərəsində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Buna səbəb klubun 2024-cü ilin yayında "Atlanta"dan Tyaqo Almadanın transferi üçün ABŞ klubuna olan borcunu ödəməməsidir.

Qeyd edək ki, "Botafoqo" "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonu heyətinə qatmaq istəyir.

saytlarin hazirlanmasi

Seçilən
108
4
sportal.az

5Mənbələr