AZ

Gənc qız dəm qazından boğulubVİDEO

Bakıda 25 yaşlı qız dəm qazından boğularaq vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yaşayış binalarının birində baş verib.

Əldə etdiyimiz məlumata görə, Aysu Abbasəliyeva evdə tək yaşayırmış. Dünən Aysu Abbasəliyevanı ziyarətə gələn rəfiqəsi onu yaşadığı evin hamam otağında huşsuz halda tapıb.

Təcili tibbi yardım çağırılsa da, 25 yaşlı Aysunun həkiməqədər ölüm faktı qeydə alınınb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
66
xezerxeber.az

1Mənbələr