İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı vingerlə "Qalatasaray" maraqlanır.
"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.
Salah İtaliya nəhəngində çıxış edə bilər
Bundesliqa klubunda yeni məşqçi təyinatı
Haaland hamını qabaqladı - ən çox qol vuran futbolçudur
Talişka "Fənərbaxça"da qalacaq: Danışıqlar davam edir
"Qalatasaray"ın İkardi planı