AZ

"Liverpul" gənc müdafiəçi ilə güclənir

"Liverpul" yanvar ayında "Brügge"nin ekvadorlu müdafiəçisi Joel Ordonezi heyətinə qatmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu transferin ümumi dəyərinin bonuslarla birlikdə 43 milyon funt-sterlinqə çatacağı gözlənilir. İlkin razılaşmaya görə, transfer qiyməti 35 milyon funt, əlavə bonuslar isə 8 milyon funt təşkil edəcək.

"Mirror Football"ın məlumatına görə, "Çelsi" artıq bu transfer yarışından çəkilib. Mersisayd təmsilçisi gənc müdafiəçini yanvar transfer pəncərəsinin əsas hədəfi kimi müəyyənləşdirib.

Ordonezin gəlişi komandanın müdafiə xəttindəki rəqabəti artıracaq.

Kamil Xudiyev

Seçilən
46
1
fanat.az

2Mənbələr