AZ

“Sizi inandırım, elələri var ki, legionerdən daha yaxşıdır, ancaq ehtiyatda qalır”

“Azərbaycan çempionatı Afrikadan necə görünür? Açığı, imkan daxilində baxıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Stellenboş”un azərbaycanlı legioneri Turan Manafov deyib.

Ötən ilin yayında “Kəpəz”dən Cənubi Afrika Respublikasına yollanan və 2 illik müqavilə bağlayan 27 yaşlı müdafiəçi Premyer Liqanı tamamilə izləyə biımədiyini söyləyib:

“Oyunlarımız, məşqlərimiz olur, uzun səfərlərə gedirik, ona görə də hər imkanda izləmək olmur. Ancaq hər turdan sonra videoicmallara baxıram, turnir cədvəlinə göz gəzdirirəm.

Çempionat bu il daha maraqlıdır. Lakin azərbaycanlı futbolçuların az oynaması adamı məyus edir.

Sizi inandırım, elə uşaqlar var ki, daim əsas heyətdə yer alan legionerdən daha yaxşıdır, ancaq ehtiyatda qalır.

Hamıya aid etmirəm, lakin belələri var. Komandalar arasındakı rəqabət və xal fərqinin az olması gedişatın maraqlı olacağından xəbər verir”.

Seçilən
31
sportinfo.az

1Mənbələr