AZ

"Bornmut" Ethan Nvaneri üçün “Arsenal”a müraciət etdi

“Arsenal”ın yarımmüdafiəçisi Ethan Nvaneri mövsümün sonuna qədər icarə əsasında “Bornmut”a keçə bilər.

Fanat.Az "Daily Mail Sport"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçunun inkişafı üçün onu müntəzəm oyun praktikasına cəlb etməyi planlaşdırır.

Yay transferlərindən sonra Mikel Artetanın planlarında geri planda qalan Nvaneri son altı Premyer Liqa oyununda meydana çıxmayıb.

Klub rəhbərliyi “Arsenal” tarixinin ən gənc futbolçusunun inkişafını davam etdirməsi üçün daimi oyun şansı qazanmasının vacib olduğunu düşünür.

Kamil Xudiyev

Seçilən
60
1
fanat.az

2Mənbələr