BAKI, 3 yanvar. TELEQRAF
"Alimlər tərəfindən proqnozlaşdırılan zəif maqnit fırtınası 2 yanvarda Yer kürəsində başlayıb".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Hazırda Yerin maqnit sahəsinin (gücün) pozulma dərəcəsi beş səviyyəli şkala üzrə G1 səviyyəsindədir, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası daha əvvəl bildirib ki, 2026-cı ilin ilk əhəmiyyətli maqnit fırtınası 2-3 yanvar gecəsi baş verə və G3 intensivliyinə çata bilər. Fırtınaya 31 dekabrda baş verən M7.1 alovlanmasından sonra plazma buludunun püskürməsi səbəb olacaq.