ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard rəsmi maaşından çox qazanır və Avropa Birliyində ən yüksək maaş alan məmurdur.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
"Laqardın təkcə baza maaşı onu AB-də ən yüksək maaş alan məmur edir. 2024-cü ildə AMB prezidenti təxminən 726.000 avro qazanıb. Bu da təşkilatın illik hesabatında açıqladığı 466.000 avro baza maaşından təxminən 56 faiz çoxdur”, - məlumatda bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.