AZ

A Seriyası: “Milan” “Kalyari”ni məğlub edib - VİDEO

İtaliya A Seriyasında 18-ci turun “Kalyari” və “Milan” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun Kalyaridəki “Unipol Domus” stadionunda baş tutub.

“Milan” 1:0 hesablı qələbə qazanıb. Oyunun yeganə qolunu 50-ci dəqiqədə Rafael Leao vurub.

Bu oyundan sonra “Kalyari” İtaliya yüksək divizionunda 18 xalla 14-cü yerdədir, “Milan” isə 38 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz
Seçilən
87
1
idman.biz

1Mənbələr