Quba rayonu ərazisində avtomobil qarlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb.
APA-nın şimal bürosunun məlumatına görə, qəza zamanı avtomobildə olan azyaşlı hadisə anını lentə alıb.
Buzlu yolda idarəetməni itirən avtomobil yolun kənarındakı qayalıq əraziyə aşıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.