AZ

Diplomat: Tayvan məsələsi Çin-ABŞ münasibətlərində qırmızı xətdir

BAKI, 3 yanvar. TELEQRAF

"Tayvan ətrafındakı vəziyyət Çin və ABŞ arasındakı münasibətlərdə qırmızı xətdir".

Teleqraf xəbər verir ki, bu fikirləri Çinin Moskvadakı səfiri Çjan Hanhui müsahibəsində deyib.

Diplomat qeyd edib ki, "Tayvan məsələsi Çinin əsas maraqlarının əsasını təşkil edir və Çin-ABŞ münasibətlərində keçilməməli olan ilk qırmızı xətdir. Çinin öz milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq əzmi sarsılmazdır".

Səfir əlavə edib ki, "Amerika tərəfini vahid Çin prinsipinə və üç Çin-ABŞ birgə kommünikesinin müddəalarına ciddi şəkildə riayət etməyə, ABŞ rəhbərliyi tərəfindən götürülmüş ciddi öhdəlikləri yerinə yetirməyə və Tayvanı silahlandırmaq üçün təhlükəli hərəkətlərini dərhal dayandırmağa çağırırıq".

Seçilən
44
teleqraf.com

1Mənbələr