ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci ildə Dubay şokoladı şəhərin hava limanında rüsumsuz alış-veriş məkanında ən çox satılan məhsullardan birinə çevrilib.
Oxu.Az "DailyAfisha"ya istinadən xəbər verir ki, "Dubai Duty Free"də bir il ərzində bu məhsuldan 719 ton satılıb. Xüsusi olaraq hazırlanmış eksklüziv nümunələr səyahətçilər arasında ən populyar məhsullardan birinə çevrilib.
Ən çox satılan isə "Patchi Pistachio Kunafa Bar" və "Habibe Chocolate" brendlərinin məhsulları olub. Məhz bu şokolad sayəsində "Dubai Duty Free" rekord satış həcminə nail olub.
Qeyd edək ki, Dubay şokoladı BƏƏ-də istehsal olunan, kadayif və püstə içliyi qarışığına malik bir şirniyyatdır. Məhsul 2021-ci ildə satışa çıxarılıb və turistlər arasında tez bir zamanda populyarlıq qazanıb. "TikTok"da Dubay şokoladı haqqında ilk video 2023-cü ildə peyda olub və 120 milyon dəfədən çox izlənilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.