"Asus" 2026-cı ildə yeni smartfonlar buraxmamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, şirkət rəsmi olaraq 2026-cı ildə yeni smartfon modellərinin buraxılışını dayandıracağını təsdiqləyib, eyni zamanda müvafiq bölmənin tamamilə bağlanması ilə bağlı şayiələri təkzib edib.
Qeyd edək ki, "Asus" smartfon bazarına 2000-ci illərin əvvəllərində daxil olub. Lakin Çin brendləri tərəfindən artan rəqabət onun mövqeyini zəiflədib.