AZ

Miskov: Son sutkada 8 PUA idarəetmə mərkəzi vuruldu

BAKI, 3 yanvar. TELEQRAF

Cənub Qüvvələr Qrupu Ukrayna Silahlı Qüvvələrinin PUA idarəetmə mərkəzlərini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə “Şərq” qoşun qrupunun mətbuat mərkəzinin zabiti Dmitri Miskov məlumat yayıb.

O bildirib ki, son 24 saat ərzində rus ordusu 190 nəfər Ukrayna hərbçisini zərərsizləşdirib. “Qrupun bölmələri düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə davam etdi. Onlar Vozdvijenka, Petrovka, Staroukrainsk, Bratske və Ternovatoye yaşayış məntəqələri yaxınlığında mexanikləşdirilmiş hücum briqadasının və iki hücum alayının şəxsi heyətini və texnikasını məğlub etdilər”, – deyə Miskov əlavə edib.

Seçilən
37
teleqraf.com

1Mənbələr