Bakı, 3 yanvar, AZƏRTAC
Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi elektromobil olub. Dekabrda isə göstərici 98 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi məlumatında qeyd olunub. 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi elektrik dartısına əsaslanırdı.
Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib ki, bu da illik əsasda 40 faiz artım deməkdir.