AZ

Azərbayacanda manatla yeni kredit qoyuluşları xarici valyutadakını 8 dəfə üstələyir

Bakı. Trend:

Ötən ilin dekabrın 1-nə Azərbayacanda kredit təşkilatlarınınmüddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 2,733milyard manat təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 151,7 milyon manat və ya 5,9%çoxdur.

Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 2,428 milyardmanatını milli valyutada (manat) kreditlər təşkil edib.

Milli valyutadakı yeni kreditlərin 696,8 milyon manatıqısamüddətli, 1,731 milyard manatı isə uzunmüddətli olub.

Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 305 milyonmanatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bukreditlərin də 156,2 milyon manatı qısamüddətli, 148,7 milyonmanatı isə uzunmüddətli kreditlər olub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin dekabrın1-nə milli valyutada qoyulmuş yeni kreditlər 106,9 milyon manat vəya 4,6%, xarici valyutada qoyulmuş yeni kreditlər isə 44,8 milyonmanat və ya 17,2% artıb.

Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşlarıxarici valyutadakıları 2,123 milyard manat və ya 8 dəfəüstələyib.

Məqalədə:
Seçilən
125
2
az.trend.az

3Mənbələr