Yanvarın 2-dən etibarən Yer kürəsində zəif maqnit qasırğası qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, məlumatı Rusiya Tətbiqi Geofizika İnstitutu yayıb. Bildirilir ki, hazırda planetin maqnit sahəsindəki dəyişikliklər beşballıq şkala üzrə G1 – yəni zəif səviyyə kimi qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, bu cür maqnit aktivliyi ciddi təhlükə yaratmasa da, bəzi insan qrupları üçün narahatlıq doğura bilər. Xüsusilə ürək-damar xəstəlikləri olanlar, təzyiqdən əziyyət çəkənlər, meteohəssas şəxslər, yaşlı insanlar və xroniki yorğunluq yaşayanlar özlərini daha halsız hiss edə bilərlər. Baş ağrısı, yuxusuzluq, diqqət dağınıqlığı və əsəbilik maqnit qasırğası zamanı ən çox rast gəlinən əlamətlər sırasındadır.
Həkimlər bu dövrdə kifayət qədər su içməyi, ağır fiziki və emosional yüklənmədən uzaq durmağı, yuxu rejiminə diqqət etməyi tövsiyə edirlər. Eyni zamanda, texniki baxımdan zəif maqnit qasırğaları rabitə sistemlərinə və peyk əlaqələrinə ciddi təsir göstərmir.
Əsmətxanım
Telegram kanalımız