AZ

"Qarabağ"ın rəqibi 17 yaşlı vunderkindlə anlaşdı

Avstriyanın gənclər komandasının və "Austriya Vyana" komandasının 17 yaşlı müdafiəçisi İfeanyi Ndukve karyerasını "Liverpul"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin məlumatına görə, mərkəz müdafiəçisinin transferi bu yay baş tutacaq. Futbolçu Mersisayd klubunun ilk olaraq U-21  komandasında oynayacaq.

Ndukve "qırmızılar"ın marağını 17 yaşadək futbolçular arasında keçirilən Dünya Çempionatı zamanı cəlb etmişdi. Hansı ki, Avstriya millisi mundialda finala yüksəlmiş, həlledici oyunda Portuqaliyaya uduzmuşdu (0:1).

Futbolçunun transfer dəyəri 1 milyon avro olaraq qiymətləndirilir. Onun "Austriya" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Ndukve mövsüm Avstriyanın ikinci liqasında 7, UEFA Gənclər Liqasında isə 1 oyun keçirib.

Qeyd edək ki, 19 oyuna 33 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. İngiltərə nəhəngi "Qarabağ"la yanvarın 28-də üz-üzə gələcək. Qarşılaşma ÇL-in əsas mərhələsinin 8-ci turu çərçivəsində "Enfild"də keçiriləcək.

Seçilən
84
50
fanat.az

10Mənbələr