AZ

“Qarabağ”ın futbolçusu İtaliya klubunun gündəmində – İDDİA

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev İtaliya klublarının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyasında çıxış edən “Komo” futbolçunu yaxından izləyir. Transfer baş tutarsa, Cəfərquliyev A Seriyasında oynayan ilk azərbaycanlı futbolçu ola bilər.

Millimizin üzvünün adı daha bir neçə klubla hallanır. Onun daha öncə Fransa komandalarının gündəmində olduğu bildirilirdi.

“Qarabağ” isə hazırda futbolçu ilə bağlı rəsmi təklif almadığını açıqlayıb.

Seçilən
75
idmanxeber.az

1Mənbələr