Bakı. Trend:
Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücüinzibati qaydada həbs olunub.
Trend-inməlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol PolisiBölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalınəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görəsürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarəetdiyi müəyyən edilib.
M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçünrayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 günmüddətinə inzibati qaydada həbs olunub.