AZ

Yeni müharibə hazırlığı - Çin mülki gəmiləri dron daşıyıcılarına çevirdi

Çin yük daşıyıcıları kimi istifadə olunan gəmiləri pilotsuz uçuş aparatları üçün müvəqqəti təyyarə daşıyıcılarına çevirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb. Nəşrin məlumatına görə, artıq orta ölçülü yük gəmilərindən biri qabaqcıl hücum dronlarını daşıya bilən döyüş gəmisinə çevrilib. Göyərtədə sabit qanadlı dronların buraxılması üçün nəzərdə tutulmuş modul elektromaqnit buraxılış sistemi (EMALS) quraşdırılıb.

Nəşr həmçinin Şanxaydakı Hudonq-Zhonqua gəmiqayırma zavodundan çəkilmiş fotoşəkilləri də dərc edib. Fotolarda geniş qanadlara malik kiçik döyüş dronları əks olunub. Onlar zahirən Collaborative Combat Aircraft (CCA) seriyasının dronlarına bənzəyir.

Qeyd edək ki, son günlər Çin-Tayvan gərginliyi yenidən alovlanıb, Bir neçə gün öncə Çin ordusu adanın ətrafında genişmiqyaslı təlim keçirdi. Tayvan isə buna cavab olaraq yüksək səviyyəli döyüş hazırlığı vəziyyətini davam etdi.

Seçilən
87
publika.az

1Mənbələr