"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 13-cü turunda səfərdə "Əl-Əhli"yə məğlub olub.
Fanat.Az xəbər verir ki, "Kral Abdullah Sports City" stadionunda keçirilən oyun ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Əl-Əhli"dən Ayvan Toni iki, türkiyəli Merih Demiral isə bir qol vurub. "Əl-Nəsr"dən isə Abdullah Əl-Əmri dubl edib.
"Əl-Nəsr" cari çempionatda ilk məğlubiyyətini alsa da, 31 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Əhli" (25) isə dördüncü yerdədir.
Kriştianu Ronaldonun komandası növbəti matçda evdə "Əl-Qadisiyah"la, "Əl-Əhli" isə səfərdə "Əl-Uhdud"la qarşılaşacaq.