AZ

Hərbi bazada partlayış oldu, paytaxtın cənubu işıqsız qaldı

Bu gün səhər saatlarında Venesuelanın paytaxtı Karakasın cənub hissəsində güclü partlayışlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb. Şahidlərin verdiyi məlumata görə, böyük bir hərbi bazanın yerləşdiyi cənub rayonu işıqsız qalıb.
Qeyd dilib ki, paytaxt sakinləri səhər tezdən yüksək səslər eşidiblər. Hadisənin səbəbi və bunun şəhərin ümumi infrastrukturuna təsiri ilə bağlı təfərrüatlar hələlik məlum deyil.

Qeyd edək ki, son zamanlar ABŞ ilə Venesuela arasında münasibətlər xeyli gərginləşib. Ağ Ev Nikolas Maduro hökumətinə təzyiq göstərmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinə ölkədə gizli əməliyyatlar aparmaq səlahiyyəti verib.

Seçilən
29
publika.az

1Mənbələr